Bu barədə İranın Xorasan-e-Rəzəvi əyalətinin valisinin təhlükəsizlik məsələləri üzrə müavini açıqlama verib.
Qeyd olunur ki, İslam Respublikasının öldürülmüş rəhbəri Əli Xameneyinin dəfn mərasimi Tehrandan başlayacaq, sonra Qum şəhərində keçiriləcək və üçüncü gün Məşhəddə daha bir günlük mərasimdən sonra torpağa tapşırılacaq.
İran mediasının yaydığı məlumata görə, Əli Xameneyinin cənazəsi İmam Rzanın ziyarətgahında dəfn olunacaq.
Qeyd edək ki, İranın ikinci ali rəhbəri Əli Xameneyi 2026-cı il fevralın 28-də ABŞ və İsrailin ilk hava hücumları dalğasında ailə üzvləri və hakimiyyətin bir sıra yüksək rütbəli siyasi və hərbi rəsmiləri ilə birlikdə öldürülüb.
visiontv.az