Ukrayna səfiri humanitar yardıma görə Azərbaycan Prezidentinə təşəkkür edib
13.08.2025

Ukrayna səfiri humanitar yardıma görə, Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bunu Ukrayna səfiri Yuri Husyev Azərbaycandan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardımın göndərilməsi münasibətilə keçirilən tədbirdə deyib.

Yuri Husyev Ukraynanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini bəyan edib.