Türkiyə vətəndaşı olmaq istəyənlərin NƏZƏRİNƏ
Türkiyə vətəndaşı olmaq istəyənlərin NƏZƏRİNƏ
13.04.2022 MEDİA Tərəfindən

Türkiyə vətəndaşlığı üçün müraciət edərkən şərtlər dəyişir. Vətəndaşlıq üçün müraciət edənlər Türkiyədə daha bahalı daşınmaz əmlak almalı olacaq.

Visiontv.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünən prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyində keçirilən Nazirlər Kabineti iclasında Türkiyə vətəndaşlığı üçün tələb olunan daşınmaz əmlakın dəyərinin artırılması məsələsi də müzakirə edilib.
 
Belə ki, Türkiyə vətəndaşı olmaq istəyən əcnəbilər 250 min deyil, 400 min dollar dəyərində daşınmaz əmlak almalı olacaq. Dəyişikliklə bağlı qərar yaxın günlərdə “Rəsmi Qəzet”də dərc olunacaq. 

Türkiyə vətəndaşlığı üçün müraciət etmək istəyənlər eyni zamanda, həmin əmlakı ən az 3 il sata bilməz. 

Türk Vatandaşlığı - Göçmen Büro Türk Vatandaşlığı

İlahə Əliyeva