Türk seriallarında nə çatışmır..?
Türk seriallarında nə çatışmır..?
07.02.2022 Səlahəddin Xəlilov Tərəfindən

Türkiyədə aktyor sənəti yüksək səviyyədədir. Filmlərin musiqisi də gözəl olur, çəkilişlər də...

- Bəs nə çatışmır?
- İdeya. Daha doğrusu, başlanğıcda sanki var ideya, amma film uzandıqca uzanır, ideya isə artıq bitmiş olur...Yəni ideyanın nəfəsi tez tükənir.
- Bəsit ideya ilə mürəkkəb film çəkmək istəyi!
- İlkin ssenariyə, təhkiyəyə barmağarası yanaşılır. Kinematoqrafiya sənayeləşir, biznes maraqları önə keçir və ən çox ziyanı da ən zəif halqa olan ssenari çəkir. Onu elə filmin gedişindəcə reklam maraqlarına qurban verir, kütlənin zövqünə uyğunlaşdırırlar.
- Niyə zəif halqa?
- Bütün Şərq ölkələrində olduği kimi, burada da ən çox dəyərsizləşən ideya, düşüncə, fəlsəfədir. Filmlərin fəlsəfi mündəricəsi başlı-başına buraxılır...
Nəticədə belə filmlər  yüksəlişə deyil, millətin mənəvi deqradasuyasına xidmət edir.

professor Səlahəddin Xəlil

visiontv.az