Hakerlər dünyanın ən böyük kriptovalyuta birjası olan "Binance"dan 6.3 milyard dollar oğurlayıblar.
"Reuters" agentliyinin məlumatına görə, analitiklər bu rekord məbləğdə oğurluğun arxasında Şimali Koreyanın dayandığını bildirirlər. Onların fikrincə, bu hadisə rəqəmsal aktivlərə olan etimadı ciddi şəkildə sarsıda bilər.
Bu xəbərin ardınca kriptovalyutaların qiymətində kəskin eniş qeydə alınıb.
"Binance" vəsaitlərin çıxarılmasını müvəqqəti dayandırıb və dəymiş ziyanı qarşılayacağını açıqlayıb. "Tether" və "Circle" kimi steyblkoin emitentləri, eləcə də ABŞ prezidenti Trampın dəstəklədiyi "World Liberty Financial" platforması oğurlanmış aktivlərin təxminən yarısını qısa müddətdə dondura biliblər.
Şimali Koreya bu ittihamları qəti şəkildə rədd edir. Ölkənin Cenevrədəki nümayəndəliyi və Çindəki səfirliyi isə "Reuters"in şərh sorğularını cavabsız qoyub.
"Binance" istifadəçilərin vəsaitlərinin təhlükəsiz olduğunu, oğurlanmış aktivlərin bir hissəsini dondurmaq üçün tərəfdaşları ilə birlikdə işlədiyini bəyan edib.
visiontv.az