Bunu AzadlıqRadiosunun Vaşinqton müxbiri Aleks Raufoğluna müsahibəsində ABŞ dövlət katibi Mayk Pompeo deyib. O bildirib ki, Moskvanın Pekin, Tehran və Pxenyanla artan əməkdaşlığı Qərbin təhlükəsizliyi ciddi təhdid kəsb etməyə başlayır. Onun sözlərinə görə, Qərb dövlətləri Putin tərəfindən təklif edilən diplomatik danışıqlara inanmamalıdırlar:
“Amma bu o demək deyil ki, sən diplomatiyadan imtina etməlisən. Sən onun dediklərindən heç nəyə inanmır. Sən sadəcə onun atdığı addımları müşahidə edirsən. Amma bu sənin inanmadığın kimsənin söhbətləri eşitməməsi demək deyil”.
Pompeo həmçinin Qərbin pis güzəştlərlə Ukraynanı danışıqlar masasına gətirəcəyinə inanmadığını deyib:
“Prezident Putinin Kiyevi pis razılaşma əldə etmək üçün masaya əyləşdirə biləcəyi, bunu Qərbi inadıraraq edəcəyinə dair ümidinin sonda reallaşacağına şübhə edirəm. Məncə Putinin qalib gəldiyinə dair qənaəti yanlışdır”.
Pompeo həmçinin hazırda Pekin, Tehran, Moskva və Pxenyanın bir yerdə çalışdığını, bunun artıq alyans olduğunu iddia edib:
“Onların bir-biri ilə çoxlu anlaşılmazlıqları var. Onlar əməkdaşlıq edə bilməyəcəkləri yerlər tapa bilərlər, amma Qərb sivilizasiyasının dağılmasına gəlincə bu onların hamısının razılaşdığı məsələdir. Bunlar insan həyatına dəyər verməyən, adi mülki haqları nəzərə almayan liderlər toplusudur. Onlar ümumi düşüncə tərzini paylaşırlar. Onlar dünyanın necə görünə biləcəyi ilə bağlı baxışlarını təkmilləşdirə biləndə onlar bütün anlaşmazlıqlarına rəğmən bir yerdə işləməyə başlayacaqlar. Siz yüksək səviyyəli liderlər, dövlət səviyyəsində görürsünüz ki, onlar açıq şəkildə ABŞ, Avropa üçün yaxşı olan II Dünya Müharibəsinin yaratdığı arxitekturanı dağıtmaq həvəslərini nümayiş etdiriblər”.
ABŞ-nin keçmiş dövlət katibi Qərbin bu birliyə qarşı qalib gələcəyin inancını ifadə etsə də bunun üçün Qərb liderlərinin qətiyyətli olmalı gərəkdiyini və böyük siyasi liderliyə ehtiyacları olduqlarını deyib.
visiontv.az