Polşa baş naziri Donald Tusk xalqa müraciət edib. Buna səbəb Konstitusiya Məhkəməsi fonunda yaranan siyasi böhran olub. O, Varşavada son günlər yaşanan hadiəsləri Polşada qanunun aliliyinin dağıdılmasının növbəti mərhələsi adlandırıb və bu işdə Haqq və Ədalət Partiyasını, prezident Karol Navrotskini və onun sələfi Andjey Dudanı günahlandırıb. Tuska görə, ölkədəki vəziyyətin destabliziyasında xarici qüvvələr – Rusiya maraqlıdır:
“Bu gün bu konfliktdə onlar Rusiyanın internetdəki bot ordusunun dəstəyindən istifadə edirlər. Üstəlik, onlar Kremlin əsas ideoloqundan ictimai dəstəyə də layiq görülüblər”.
Tusk deyib ki, president Konstitusiya Məhkəməsinin yeni hakimlərinin andını qəbul etmədiyi üçün onlar sonda belə addım atmağa məcbur olublar. Baş nazir bundan öncə mövcud olan problemin həllinə dəfələrlə cəhd etdiklərini, amma hər zaman onlara müxalifət və prezidentin əngəl yaratdığını bildirib.
Oktyabrın 31-də Konstitusiya Məhkəməsinin hakiminin onun sədr səlahiyyətlərini icra edən şəxsi vəzifədən uzaqlaşdırmasından sonra Polşada narazılıq yaranıb. Müxalifət etirazlara başlayıb, president isə qəbul edilən qərarın qanunsuz olduğunu bildirib.
Polşada Konstitusiya Məhkəməsi ətrafında mübahisələr uzun müddətdir davam edir. Hazırkı hökumət Haqq və Ədalət Partiyasının iqtidar olduğu dönəmindən qalan hakimləri qəbul etmir, müxalifət isə öz növbəsində Tusk hökuməti dövründə təyin olunan hakimlərin legitimliyini tanımır.
visiontv.az