Marko Rubio yaxın aylarda Rusiya-Ukraynadakı müharibəsi ilə bağlı sülh əldə ediləcəyinə şübhə ilə yanaşır
02.11.2026

ABŞ dövlət katibi Marko Rubio Ukraynadakı müharibəni danışıqların bitirməsinin mümkün olduğuna əmin olmadığını deyib. Lakin eyni zamanda AzadlıqRadiosuna danışan adının çəkilməsini istəməyən avropalı rəsmilər, o cümlədən ABŞ diplomatı Rusiya Prezidenti Vladimir Putinin dekabrda Mayamidə keçiriləcək G20 sammitində iştirak edəcəyinə şübhə etdiklərini bildiriblər. Avropalı rəsmilər həmçinin deyiblər ki, Rubio şəxsi söhbətlər zamanı Qərbdəki həmkarlarına yaxın aylarda sülh müqaviləsinin əldə olunacağına şübhə ilə yanaşadığını söyləyib.

ABŞ dövlət katibinin ictimaiyyət üçün açıqlamaları isə çox ehtiyatlı olub. AzadlıqRadiosu ondan Moskvanın dəyişilməyən mövqeyi fonunda razılaşmanın əldə edilmə ehtimalını soruşub. Rubio deyib ki, Vaşinqton hələ də razılığın əldə olunub-olunmayacağını aydınlaşdırmağa çalışır:

“Ukraynada danışıqlar yoluyla sülhün əldə olunmasının mümkün olduğunu bilmirəm. Biz aydınlaşdırmağa çalışırıq. Düşünmürəm ki, kimsə burada bizim razılaşma ərəfəsində olduğumuzu iddia edə bilər”.

Rubio həmçinin Putinin Mayamidə keçiriləcək G-20 sammitinə gəlib-gəlməyəcəyi məsələsi barədə məlumatsız olduqlarını deyib. O bunun Moskva tərəfindən hələlik təsdiq edilmədiyini söyləyib.

Lakin AzadlıqRadiosuna danışan 3 avropalı rəsmi Rusiya liderinin bu dəvəti qəbul etdiyinə dair şübhələrini ifadə ediblər. Onlar həmçinin Rubionun şəxsi danışıqlar zamanı Ukraynanın NATO üzvlüyünün qısa zaman ərzində qeyri-mümkün olduğunu və bunun həmçinin Putin üçün qəbuledilməz olduğunu söyləyib.

AzadlıqRadiosuna danışan avropalı rəsmilər həmçinin bildiriblər ki, Rubio Rusiyanın bütün Donbas regionuna olan iddiasının Kremlin iştahını bitirəcəyinə şübhə etdiyini bildirib.

ABŞ Dövlət Departamentinə bu iddialarla bağlı etdiyimiz müraciətə hələlik cavab almaq mümkün olmayıb.

Atlantada keçirilən G20 XİN rəhbərlərinin görüşü həmçinin Moskva və Avropa hökumətləri arasındakı dərin fikir ayrılığını da nümayiş etdirib. Avropalıların Lavrovla G20 nazirlərinin yekun fotosuna düşmək istəməməsi, yekunda bunun protokoldan çıxarılması ilə nəticələnib.

visiontv.az