Ermənistan parlamentində konstitusiya dəyişiklikləri ilə bağlı müzakirələr qızışıb. AzadlıqRadiosunun erməni xidməti yazır ki, parlamentdəki müxalifət partiyaları yeni konstitusiyanın qəbul edilməməsində israr etməyə davam edirlər. Hər iki müxalif fraksiya – “Güclü Ermənistan” və “Hayastan” bloku bunu “İlham Əliyevin konstitusiyası” adlandırır və onun Azərbaycanın xahişi ilə hazırlandığını iddia edirlər.
“Qonşu ölkənin lideri konstitusiyamızla bağlı məsələni həll edə bilməz. Biz dövlətçilikdən bəhs edir, biz oyuncaq deyilik” – deyə “Güclü Ermənistan”ın liderlərindən biri Narek Karapetyan deyib.
Hazırda həbsdə olan Robert Köçəryanın Hayastan Blokundan olan deputat Anna Qriqoryan isə konstitusiya dəyişikliklərinə qarşı olduqlarını və hökumətdən bununla bağlı gələn təkliflərdə maraqlı olmadıqlarını bildirib. O həmçinin açıq şəkildə konstitusiya dəyişiklikləri ilə bağlı parlamentdəki səsvermələrdə onun əleyhinə səs verəcəklərini söyləyib.
Bununla belə nə Nikol Paşinyan, nə də hakim Mülki Müqavilə Partiyasının üzvlərindən heç kim konstitusiya dəyişiklikləri ilə bağlı müxalifətə hansı təklifi götürəcəklərini açıqlamayıb. Oktyabrın 29-da jurnalistlərə açıqlama verən Paşinyan isə müxalifətin konstitusiya dəyişikliklərindən sonra sülh müqaviləsinin Azərbaycan tərəfindən imzalanacağına dair qarantiyanın olub-olmaması ilə tələbinə bunun cavabını Bakıdan almağa çalışacağını deyib. AzadlıqRadiosunun erməni xidməti bunun president Əliyevlə müzakirələrə eyham kimi anlaşıldığını yazıb. Üstəlik, o əlavə edib ki, müxalifətə konstitusiya dəyişikliklərinin qəbulu üçün xalqı küçələrə çağıraraq ictimai təzyiq edəcəklərini, əks təqdirdə ölkənin növbədənkənar seçkilərə gedəcəyini bildirib.
Lakin Ermənistan parlamentinin spikeri Rubin Rubinyan daha pozitiv açıqlamasıyla yadda qalıb. O, ana müxalifətdə təmsil olunan Güclü Ermənistanın lideri Narek Karapetyanın kor-koranə onların təklifindən imtina etməyəcəyini söyləyib.
Paşinyanın çıxışına rəğmən Hayastan Bloku açıqlayıb ki, hətta Azərbaycandan sülh müqaviləsinin imzalanacağına dair zəmanət alınacağı təqdirdə belə konstitusiya dəyişikliyinin əleyhinə səs verəcəklər.
visiontv.az