Torpaq çərşənbəsi!
Torpaq çərşənbəsi!
15.03.2022 Səlahəddin Xəlilov Tərəfindən

Torpağın canlanması, həyatın başlanğıcı!

Dörd ünsürdən çox yazılıb və çox vaxt da onları zamana görə sıralamağa çalışıblar. Misal üçün, Fales suyun, Anaksimen havanın, Heraklit atəşin ilkinliyindən çıxış edirdi...   Ya da dörd ünsür eyni zamanda başlanğıc kimi...

Amma həyatın necə yaranması, torpağın necə canlanması və bu prosesin dövriliyi (yəni Torpaq - Su - Od - Hava... və yenə Torpaq, artıq canlanmış,   nəfəs alan torpaq) ilə biz ancaq türk mifik düşüncəsində rastlaşırıq:

...Öncə Yer və Göy var idi.

Onlar bir-birinə tamaşa etməkdən doymurdu.

Yerdə torpaq və su var idi. Amma onlar ayrı idilər.

Göy ilə Yer arasındakı eşqdən və onların izdivacından Yer canlandı və həyat yarandı.

Göy Yerə istilik və işıq payı, Yer də Göyə su payı göndərdi. Göy Yerin göndərdiyi suyu quru torpaqların üstünə çilədi - yağış yağdı.
Su ilə təmasdan İslanmış torpaq (bir növ palçıq) Günəşin istisindən, hənirtidən canlandı... Səma ilə, hava ilə təmasdan Yer  nəfəs almağa başladı...

Yer və Göy nəfəslə birləşdi, istilik və işıqla birləşdi.

Göydən - Günəşdən gələn nemət - atəş ikiləşdi, istiliklə bahəm işıq da doğdu.

İşıq - görmək imkanı yaratdı və ağılın təməli də işıqla qoyuldu.

Beləcə... insan yaranmış oldu.

Yaşadı, yaratdı, qocaldı, öldü və...

Bədəni yenidən torpağa qarışdı, ruhu yenidən göylərə qovuşdu.

6.3.16. elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması;

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqə çərçivəsində təqdim edilir.

Professor Səlahəddin Xəlil

Visiontv.az