Stratigrafiya təbəqələr haqqında elmdir
11.02.2026

Geologiyada işlədilir və Yer səthindəki və ya yeraltındakı qatların (təbəqələrin) necə formalaşdığı; hansı ardıcıllıqla yığıldığı; hansının daha qədim, hansının daha yeni olduğu araşdırılır.

Stratigrafiya deyir ki, zaman torpağın içində şaquli şəkildə yazılır – Ən altda ən qədim qat, onun üstündə daha yeni qat, ən üstdə isə ən son dövrün izi olur…

Bu şəkil tarixin silinmədiyini, onun sadəcə üst-üstə yığıldığını göstərən nadir vizual metaforalardandır. İstanbuldakı bu bina sivilizasiyanın stratigrafiyasından danışır.

Bina bir imperiyanın yerinə digəri gələndə əvvəlkini dağıtmağın yox, onun üzərində yaşamağın klassik nümunəsidir.

Ən altda Roma İmperiyasıdır – daş, ağır, möhkəm fundament;

Üzərində Bizans İmperiyasıdır – dini və inzibati davamlılıq.

Daha yuxarıda Osmanlı İmperiyasıdır – funksional genişlənmə, yeni həyat qatları.

Ən üstdə isə Cümhuriyyət dövrü — köhnə divarların içində müasirlik.

Bu bina göstərir ki, tarix xətt üzrə yox, şaquli şəkildə hərəkət edir. Keçmiş arxada deyil, altımızda qalır. Biz onun üstündə yaşayırıq və çox vaxt bunun fərqinə varmırıq.

Şəklin ən güclü mesajı belədir: Heç bir dövr özünü “son mərhələ” hesab etməməlidir. Cümhuriyyət də, imperiya da, müasirlik də hamısı keçici qatlardır. Qalan isə divardır, yaddaşdır, təməl daşlarıdır.

Şəkil həm də bir sual verir: “Biz indi tarixin hansı qatındayıq və üstümüzə gələnlər bizi necə xatırlayacaq?”.

Cavab isə məncə, düşündürücüdür: “Biz öz dövrümüzü gələcək üçün tikirik, amma gələcək onu sadəcə növbəti bir qat kimi oxuyacaq”...

Bir bunu deyən yazı "REPUBLIC ERA ΟΤΤΟΜΑΝ EMPIRE BYZANTINE EMPIRE ROMAN ROMANEMPIRE RMAEMIRE EMPIRE" şəkili ola bilər

İbrahim Nəbioğlu

visiontv.az