İran hökuməti İsfahandakı həssas nüvə obyektində təhlükəsizlik tədbirlərini gücləndirərək yeraltı tunellərin girişlərini torpaqla örtüb. Bu addımın məqsədinin mümkün hava hücumu və ya quru əməliyyatları zamanı obyektin zərər görməsinin qarşısını almaq olduğu bildirilir.
Bazar ertəsi çəkilmiş peyk görüntülərinə əsasən, 12 günlük müharibədə bir neçə dəfə hədəfə alınmış İsfahan nüvə obyektində qeyri-adi istehkam işlərinin görüldüyü müşahidə olunub. Görüntülərdə yeraltı kompleksə aparan üç əsas tunel girişinin demək olar ki, tamamilə torpaqla doldurulduğu görünür.
“Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutu”nun məlumatına görə:
• Cənub və mərkəzi girişlər artıq aşkar edilmir;
• Şimal giriş isə tamamilə bağlanıb;
• Ərazidə heç bir nəqliyyat fəaliyyəti qeydə alınmayıb.
Analitiklər bu tədbirlərin ABŞ və ya İsrailin mümkün hücumuna hazırlıq məqsədi daşıdığını bildirirlər. (Euronews)
visiontv.az