Əliağa Vahidlə və Sanka Zver
11.02.2026

Deyirlər şair-qəzəlxan Əliağa Vahidlə vor-zakon Sanka Zver (Cabir Qasımov) böyük yaş fərqinə baxmayaraq, yaxın dost olublar. Məlum olduğu kimi, ikisi də bərk vurandılar. Tez-tez Cabirin Zığdakı bağında görüşür, xudmani məclis qurur, əlli-əlli vururdular.

Sanka Zver bir az vuran kimi başlayırdı türmə həyatından, oğru qanunlarından deməyə, üyüdüb-tğkməyə, nə bilim, kişilik belə gəldi, oğurluq belə getdi, əsl kişi olmaq üçün türməyə düçmək lazımdır və s. İmkan vermirdi ki, Vahid ağzını açsın, sinəsini deşən qəzəllərdən bir-ikisini təmiz bağ havasına buraxsın.

Həmin zamanlarda da Sanka Zver “apelsin” (türmə rəhbərliyinə işləyən oğru) elan edilmiş, oğru titulu əlindən alınmışdı. Əliağa Vahid də savadlı və məlumatlı bir çəxs kimi bunu bilirdi, amma çörək kəsmişdilər deyə, bir kəlmə demirdi, dostluğunu davam etdirirdi. Cabirin rəvayətləri isə onu bezdirirdi, bir sözü nə qədər fırlatmaq, bir hadisəni nə qədər danışmaq olar?!

Günlərin bir günü Vahid babat içir, Sanka Zver də öz rəvayətlərini davam etdirir. Şair daha dözə bilmir, qalxıb başının üstündəki ağacdan bir dənə sulu əncir dərir, oturub dişinə çəkir. Deyir “Cabir, türməyə düşüb sənin kimi kişi olunca, evdə oturub mənim kimi oğraş olmaq yaxşıdır. Harda oğraş olmağın nə fərqi var ki, heç olmasa, arabir dərib bir dənə əncir yeyərsən”.

Deyirlər bu, şairlə oğrunun son görüşü olur, bununla da dostluqlarına nöqtə qoyulur. Sonra da Cabiri öz maşınında yaxın dostlarından biri arxadan  vurur...

Şəkilin açıqlaması yoxdur.

Qalib ARİF

visiontv.az