Mehdi Kərrubinin oğlu saxlanıldı
11.02.2026

İranda son bir neçə gün ərzində islahatçı siyasi fəallara qarşı repressiyalar artıb. İran parlamentinin keçmiş sədri Mehdi Kərrubinin oğlu, Milli Etimad Partiyası Mərkəzi Şurasının üzvü Hüseyn Kərrubi də saxlanılıb.

Bu barədə yerli media məlumat yayıb.

Məlumata görə, məhkəməyə çağırılan Kərrubi, oradan çıxdıqdan sonra təhlükəsizlik məmurları tərəfindən həbs edilərək naməlum yerə aparılıb.

Bunun, bir neçə gün əvvəl onun atası Mehdi Kərrubinin hökumətin repressiyalarına qarşı yaydığı bəyanatla bağlı olduğu bildirilib.

Rəsmi media bəyanatı "təxribatçı" adlandırıb və onu Hüseyn Kərrubinin hazırladığını yazıb.

Qeyd edək ki, iki gün əvvəl də tanınmış islahatçı siyasi fəallar, İran İslam Xalq Birliyinin baş katibi Azər Mənsuri, islahatçı siyasi fəal və keçmiş diplomat İbrahim Əsgərzadə və prezident Məhəmməd Xatəminin dövründə xarici işlər nazirinin keçmiş müavini olmuş Möhsün Əminzadə də həbs edilib.

visiontv.az