SEPAH yenidən ABŞ-ni hədələyib
03.03.2026

SEPAH ABŞ bazalarına qarşı yeni hədələyici mesaj yayıb. SEPAH-a bağlı rəsmi media qurumları dron və raket görüntüləri ilə birlikdə bazaların görüntülərini paylaşıb.

Paylaşılan materiallarda həm də ABŞ-yə aid bazalara atəş açıldığı anlar əks olunub. Bu açıqlama regionda artan gərginlik fonunda yayılıb və İranın ABŞ-nin mövqelərinə təzyiqini davam etdirdiyini göstərir.

visiontv.az