Pezeşkian bütün icra orqanlarına təcili tapşırıq verdi
02.03.2026

İran Prezidenti Məsud Pezeşkian ölkənin bütün icra orqanlarına əhaliyə fasiləsiz xidmət göstərməklə bağlı tapşırıq verib.

Visiontv.az  Oxu.Az-a istinadən  xəbər verir ki, bu barədə İslam Respublikasının prezidenti sosial şəbəkə hesabında paylaşım edib.

"Bütün nazirlərə və digər icra orqanlarının rəhbərlərinə münaqişənin sonuna qədər öz vəzifələrinə uyğun şəkildə əhaliyə fasiləsiz xidmətlər göstərmək missiyasını həvalə etmişəm", - deyə Pezeşkian bildirib.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats  İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra  ABŞ Prezidenti Donald Tramp  ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri  Əli Xameneinin hücumlar zamanı öldürüldüyü  bəyan olunub.

visiontv.az