Pezeşkian faktiki idarəetmədən uzaqlaşdırılıb?
02.03.2026

İran prezidenti Məsud Pezeşkianın müdafiə bəhanəsi ilə real hakimiyyət rıçaqlarından təcrid olunduğu bildirilir.

Bununla bağlı, “Iran International” telekanalının siyasi analitiki və buraxılış redaktoru Əlihüseyn Qazizadə özünün “X” hesabında yazır ki, Pezeşkian təhlükəsizlik bəhanəsi altında faktiki idarəetmədən kənarlaşdırılıb.

“İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani tərəfindən elan edilmiş Rəhbərlik Şurası - SEPAH-ın korrupsiyalaşmış oliqarxiyasını pərdələyən bir vasitədir. Hazırda İran hökuməti birinci vitse-prezident Məhəmməd Rza Arifin nəzarəti altındadır. Konstitusiyaya görə keçid dövründə ölkəni idarə etməli olan Rəhbərlik Şurası isə Laricani və Qalibafın əlində cəmləşib”, - deyə, Qazizadə vurğulayıb.

Onun sözlərinə görə, rəhbər boşluğu dövründə Pezeşkianın Rəhbərlik Şuranın üzvü kimi təsirli olacağını xəyal edənlər hekayənin bu hissəsi barədə düşünməyiblər.

visiontv.az