"Traktor"çular Azərbaycana səsləndi: Rejim hər an çökə bilər!
02.03.2026

Təbrizli biri kimi, internet bağlantısının olmaması səbəbindən bunu yazmağın mənim üçün nə qədər çətin olduğunu təsəvvür edə bilməzsiniz! Burada vəziyyət çox pisdir. Hər yer bombalanır. Rejim istənilən an çökə bilər və Cənub müdafiəsizdir. Daha da müdafiəsiz hala gələ bilər!

Bunu “Traktor” futbol klubunun tərəfdarlarına aid olan Feysbuk səhifəsi paylaşıb.

“Cənubluların heç vaxt istəməyəcəyi biri rejimin yerini tuta bilər. Bunun başında türklərin düşməni olan Pəhləvi təşkilatı dayanır! Biz, Azərbaycan türkləri olaraq, bunu qətiyyətən qəbul etmirik və istəmirik!

Türkiyə və Azərbaycan Respublikası… Rejimin tamamilə süqutu halında, bu ərazinin nəzarətinin faşistlərin əlinə keçməməsi üçün Cənubu tez bir zamanda qorumaq lazımdır!

Vaxt gəldi! Qardaşlarınızı bu çətin vəziyyətdə tək qoymayın”, - paylaşımda qeyd olunub.

visiontv.az