ABŞ Küveytdə üç F-15 qırıcısının qəzaya uğradığını təsdiqləyib
02.03.2026

ABŞ Küveytdə üç F-15 qırıcısının qəzaya uğradığını təsdiqləyib.

Visiontv.az  APA -ya istinadən xəbər verir ki,  ABŞ  Mərkəzi Komandanlığı  ABŞ Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələrinin İranın ballistik raketləri və dronlarının hücumlarını dəf edərkən səhvən Küveyt Hava Hücumundan Müdafiə sistemləri tərəfindən vurulduğunu açıqlayıb.

Mərkəzi Komandanlıq bildirib ki, altı ekipaj üzvü təhlükəsiz şəkildə katapult edib və vəziyyətləri stabildir.

“Küveyt bu hadisəni etiraf edib və Küveyt müdafiə qüvvələrinin səylərinə və davam edən bu əməliyyatda göstərdikləri dəstəyə görə minnətdarıq”, - bəyanatda deyilir.

Mərkəzi Komandanlıq hadisə ilə bağlı əlavə araşdırma aparıldığını bildirib.

visiontv.az