Rusiya və Ukrayna bu gün qarşılıqlı şəkildə 600 hərbi əsiri azad ediblər
06.03.2026

Rusiya ilə Ukrayna arasında növbəti əsir mübadiləsi həyata keçirilib.

 Bu barədə  Rusiya  Müdafiə Nazirliyi məlumat yayıb.

Xəbərə görə, martın 6-da  Kiyev 300 rus hərbçisini geri qaytarıb. Bunun müqabilində Ukraynaya 300 hərbi əsiri təhvil verilib.

Bildirilib ki, Birləşmiş  Ərəb  Əmirlikləri və  ABŞ rus hərbçilərinin əsirlikdən qaytarılması zamanı humanitar vasitəçilik səyləri göstərib. Nazirlik bildiri ki, rus hərbçiləri hazırda  Belarusdadır, orada onlara lazımi psixoloji və tibbi yardım göstərilir. Daha sonra onlar Müdafiə  Nazirliyinin tibb müəssisələrində müalicə almaq üçün  Rusiyaya göndəriləcəklər.

Qeyd edək ki, Ukrayna və Rusiya hər tərəfdən 500 nəfər olmaqla min hərbi əsirin qarşılıqlı şəkildə azad edilməsinə razılaşıblar.

visiontv.az