Rus dilindəki “uznik”, azadlığını itirmiş, məhbus sözü də uzdan törəmədir
Rus dilindəki “uznik”, azadlığını itirmiş, məhbus sözü də uzdan törəmədir
13.01.2022 Müşfiq Məmmədov Tərəfindən

Öz – Uz – Özüm - Azad

Uz sözü türk dillərində azad, bağımsız (çox sevirəm bu sözü, bağlılığı olmayan ) deməkdir. Səslənişi belə qulağa xoş gəlir. Qısa, bir hecalı və dərin mənalı.

Uzay, uzman sözləridə eyni köklü sözlərdir.

Rus dilindəki “uznik”, azadlığını itirmiş, məhbus sözüdə uzdan törəmədir.

Dilimizdə olan öz  sözü, uz sözünün dəyişmiş şəklidir. Doğulduğumuz andan etibarən özümüzük. Demək dünya ya göz açdığımız andan etibarən bağımsızıqlıq var ruhumuzda. Yaşamaq və düşünmək hüququmuzla bərabər gəlirik bu dünya ya. Sonradan cəmiyyət bizi çərçivəyə  salır.

Özbək, azad bəy deməkmiş. Tarixin harasındasa azad, qıpçaq çöllərində at çapmış, sonraları isə boyunduğa vurulmuş, azadlığını itirmiş bir xalq.

Son günlər Özbəkistana qarşı olan təhdidlər qarşısında özbəklərin adlarına uyğun hərəkət edəcəkləri və ya boyunduruqdan daha möhkəm yapışacaqları türklər üçün həyati önəmli məsələdir.

Özbəkistana olann xəbərdarlığın səbəbi heç də ölkədə mövcudluğu ehtimal edilən dini ekstrimizm ilə əlaqəli deyildir. Səbəb, Özbəkistan rəhbərliyinin daha sərbəst siyasət yürütməyə çalışması, iqtisadi islahatlar aparması və qərbə doğru Rusiyanın kontrolunda olmadan yönəlmə cəhdləridir.

Uz kəliməsi qədər türklərin azadlığına olan düşgünlüyünü başqa heç bir kəlimə izah edə bilməz.

Müşfiq Məmmədov

Visiontv.az