«Rosatom» İranda 10-a yaxın enerji bloku tikəcək
30.10.2026

Rusiyanın «Rosatom» dövlət şirkəti İranda daha 8 enerji blokunun tikintisi ilə bağlı razılaşma, eləcə də kiçik enerji bloklarının inşası üçün sövdələşmə imzalayıb.

Bu barədə şirkətin direktoru Lixaçov məlumat verib.

Onun sözlərinə görə, hazırda İranda «Buşehr» AES-in ikinci və üçüncü enerji bloklarının tikintisi davam edir.

«Rosatom» rəhbəri obyektdəki personalın sayı ilə bağlı da məlumatları açıqlayıb: bu günə olan statistikaya görə, tikinti meydançasında 142 nəfər çalışır, xidmət sahəsinə isə daha 50 mütəxəssis cəlb olunub.

Gələcəkdə İrandakı rusiyalı əməkdaşların sayının nəzərdə tutulmuş 700 nəfər göstəricisinə çatdırılması planlaşdırılır.

visiontv.az