Son günlər yağan intensiv yağışlardan sonra Urmu gölündə su səviyyəsinin artması qeydə alınıb. Paylaşılan yeni görüntülər gölün bir hissəsində canlanmanın başladığını göstərir və quruma təhlükəsi ilə üz-üzə qalan ekosistemin dirçəlməsi ilə bağlı ümidləri artırıb.
Daha öncə ətraf mühit fəalı Məhəmməd Dərviş vəziyyətlə bağlı bildirib ki, gölə axan 14 çay üzərində 105 bəndin tikilməsi təbii su balansını pozub. Onun sözlərinə görə, bu bəndlərin ümumi su tutumu 4,7 milyard kubmetr, Urmu gölünün normal fəaliyyəti üçün tələb olunan minimum su həcmi isə 3,4 milyard kubmetrdir.
Ekofəal əlavə edib ki, məşğulluq və kənd təsərrüfatı ixracı bəhanəsi ilə verilən yanlış qərarlar nəticəsində ölkənin simvollarından biri sayılan göl kritik quruma səviyyəsinə çatdırılıb.
visiontv.az
İranda talassemiya xəstələrinin müalicə böhranı: Ailələr böyrəklərini satmağa məcbur olur