Bunu qurumun insan haqları üzrə ali komissarı dekabrın 10-da bildirib. Bu, münaqişə zonalarında insan haqları pozuntularının artması fonunda baş verir.
"Resurslarımız azaldılıb, dünyada insan haqları qurumlarının maliyyəsi də kəsilib. Ayaqda qalmağa çalışırıq", – BMT-nin insan hüquqları üzrə ali komissarı Volker Türk jurnalistlərə deyib. Onun sözlərinə görə, OHCHR-in builki vəsaiti lazım olandan 90 milyon dollar azdır və bu səbəbdən 300 vəzifə ixtisar edilib, bu da ofisin işinə birbaşa təsir göstərib.
"Kolumbiya, Konqo Demokratik Respublikası, Myanma, Tunis və digər ölkələr üzrə vacib işlər ehtiyacların artdığı bir zamanda ixtisar edilib", – Türk deyib.
Komissar BMT-nin xüsusi məruzəçilərinin ölkə səfərlərinin, faktaraşdırıcı missiyalarının da azaldıldığını vurğulayıb.
"Bütün bunlar beynəlxalq və milli səviyyədə insan haqlarını qorumaq səylərinə geniş təsir göstərir", –Türk əlavə edib.
BMT-nin humanitar maliyyələşməsi son 10 ildə rekord aşağı həddə enib. "Reuters" noyabrın məlumata əsasən yazır, təşkilat cəmi 12 milyard dollar əldə edib. Bu isə ehtiyacların 1/4-dən bir qədər çoxunu qarşılayır.
Gələn il üçün BMT 23 milyard dollar ayırmağa çağırıb - qurumun 2025-ci ildə istədiyi məbləğin yarısı qədər. Bu isə on milyonlarla insanın ehtiyac duyduğu təcili yardımsız qalması deməkdir.
Maliyyələşmənin azalması humanitar təşkilatların üzləşdiyi digər problemləri, münaqişə zonalarında personala təhlükəsizlik risklərini çoxaldır, - "Reuters" yazır.
"Həddən artıq yüklənmişik, maliyyələşmədən kənardayıq, hücumlara məruz qalırıq. Yanğın yerinə təcili yardım göndəririk... İndi bizdən həm də yanğını söndürməyimizi istəyirlər. Amma çəndə yetərincə su yoxdur. Hələ bizə atəş də açırlar", – BMT-nin fövqəladə yardım üzrə koordinatoru Tom Fleçer deyib.
Beynəlxalq Miqrasiya Təşkilatı da maliyyələşməni azaldır. Qurum gələn il üçün bu ilə nəzərdə tutulandan iki dəfə az vəsait istəyib. İqlim dəyişikliyi, münaqişələrdən dolayı evlərini tərk etməli olan 41 milyon insana yardım göstərmək üçün 4.7 milyard dollar istəyir.
"Reuters" yazır ki, BMT-nin humanitar qurumları, əsasən, Qərb donorlarının könüllü ianələrindən asılıdır. Ən böyük donor isə adətən ABŞ olur.
visiontv.az