İranın turizm nazirinin müavini Ənuşirəvan Mohseni Bəndpey Ermənistana səfəri çərçivəsində İrəvanda qədim Azərbaycanın tarixi-dini abidəsi və irsi sayılan Göy Məscidə baş çəkib.
O, deyib: "İrəvan Göy Məscidi tarixi və dini abidə olmaqla yanaşı, İran və Ermənistan arasındakı mədəni və tarixi əlaqələrin canlı simvoludur.
Bu dəyərli abidənin qorunması və bərpası həm tarixi, həm də mədəni zərurətdir və turistlər üçün zəngin bir təcrübə yaratmaq potensialını ərsəyə gətirir.
Bu model xaricdəki digər İran abidələri üçün bir nümunə ola bilər və mədəni irsin həmişə təhsil və turizm təcrübəsi üçün potensiala malik olduğunu göstərə bilər".
Qeyd edək ki, İrəvandakı Göy Məscid 1766-ci ildə İrəvan xanı Hüseynəli xanın göstərişi ilə tikilib. Məscid Azərbaycanın qədim memarlıq nümunələrindən sayılır. Bu məscid XX əsrdə ermənilər tərəfindən iki dəfə yandırılıb.
visiontv.az