Hikmət Hacıyev Belçika, Niderland və Lüksemburqun XİN nümayəndələri ilə görüşüb
10.12.2025

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanda səfərdə olan Belçika, Niderland və Lüksemburq Xarici İşlər nazirliklərinin siyasi direktorları ilə görüşüb.

BAKU.WS xəbər verir ki, bu barədə Lüksemburq Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

"Hikmət Hacıyevə, Azərbaycan Xarici İşlər Nazirliyinə, Milli Məclisə, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinə və digərlərinə səmərəli əlaqələr üçün təşəkkür edirik", - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, danışıqlar zamanı Benilüks ölkələrinin regional sülh və əlaqəlilik gündəliyində mümkün iştirakına xüsusi diqqət yetirilib.

Image