“Pezeşkianın Xameneyi ilə görüşü qarşılıqlı etimadı göstərir”
14.08.2026

İran hökumətinin sözçüsü Fatimə Mühacirani prezident Məsud Pezeşkian və ali rəhbər Müctəba Xameneyi arasında münasibətlərə dair açıqlama verib.

Mühacirani IRNA agentliyinə bildirib ki, yayılan şayiələrin əksinə olaraq, Pezeşkianın Xameneyi ilə əlaqələri həmişə davam edib və yalnız son görüşlə məhdudlaşmayıb.

Onun sözlərinə görə, son görüşü yalnız informasiya kampaniyasına cavab kimi deyil, qarşılıqlı əlaqə, etimad və dəstəyə əsaslanan münasibətlərin davam etdiyini göstərən növbəti nümunə kimi qiymətləndirmək lazımdır.

Hökumət sözçüsü qeyd edib ki, prezidentin Xameneyi ilə son görüşü hökumətlə ali rəhbər arasında ilk gündən mövcud olan qarşılıqlı əlaqənin davamıdır.

visiontv.az