Kristofer Nolanın "Odisssey" filmi dünya reytinqində ilk yerlərdən birini tutur. Çox tamaşaçı hesab edir ki, Nolan filmi Homerə istinad edərək çəkib. Lakin bu belə deyil. Qədim yunanlar Troya müharibəsi haqqında 8 böyük poemadan ibarət silsilə yaratmışdılar. Bu 8 əsərdən yalnız ikisi — "İliada" və "Odisseya" hissə hissə mifologiya formasında günümüzə gəlib çatıb.
Qeyd edim ki, "İliada"da filmdə olan bütün səhnələr yazılmayıb. İlliada əsəri Hektorun ölümü ilə bitir. "Odisseya" isə əslində tam olaraq filmdə olan kimi deyil. Bu 8 əsərdə olan hadisələr belədir.
"Kipriylər"
Peleylə Fetidanın toyu, üç ilahənin mübahisəsi, Parisin mühakiməsi, Yelenanın qaçırılması və yunan qoşununun toplanması və Troya sahillərinə gəlməsi və mühasirənin ilk doqquz ili haqqında danışılırdı.
"İliada"
Müharibənin onuncu ili. Axilles Aqamemnonla ədavət aparır və döyüşlərdə iştirak etməkdən imtina edir. Patroklun həlak olmasından sonra o, döyüş meydanına qayıdır, Hektoru öldürür və ardından onun cəsədini çar Priama qaytarır.
Poema yunanların qələbəsi ilə dəyil, troyalıların kədəri ilə başa çatır.
"Efiopida"
Troyaya köməyə amazonkalar kraliçası Pentesileya, ardından isə Efiopiya çarı Memnon gəlir. Hər ikisi Axillesin əlindən həlak olur. Bundan sonra Axilles özü də həlak olur. Paris Apollonun köməyi ilə onu vurur. Ayaks və Odissey qəhrəmanın cəsədini döyüş meydanından çıxarırlar.
"Kiçik İliada"
Axillesin ölümündən sonra onun zirehli geyimini Odisseyə verirlər. Troya adı ideyası ilk dəfə bu hissədə yazılır..
"İlionun dağıdılması"
Troyalılar atı şəhərə daxil edirlər. Gecə atın içində gizlənən döyüşçülər darvazaları yunan qoşununun üzünə açırlar. Troya məhv olur. Priamı öldürülür,şəhərdə kütləvi cinayətlər baş verir və şəhər yer üzündən silinir.
"Qayıdışlar"
Yunan sərkərdələri evə yola düşürlər, lakin müharibə qalibləri buraxmır. Ayaks dənizdə həlak olur. Menelay Yelena ilə birlikdə uzun illər sərgərdan gəzir. Aqamemnon Mikena şəhərinə qayıdır və həyat yoldaşı tərəfindən öldürlür. Sonradan oğlu Orest atasının qisasını alır.
"Odisseya"
Böyük qayıdışların sonuncusunun tarixçəsi. Odissey on il İtakaya çatmağa çalışarkən, oğlu Telemax atası haqqında məlumat axtarır, Penelopanın adaxlıları isə onun evində ağalıq edirlər.
Odissey dilənçi cildində qayıdır, arvadına elçi düşənləri öldürür.
"Teleqoniya"
Odisseyin ilahədən olan oğlu Teleqon atasını axtarmağa gedir və tanımadan təsadüfən onu öldürür. Sonra Teleqon Penelopa və Telemaxı Kirkayaya aparır. Versiyalardan birinə görə, Teleqon Penelopa ilə, Telemax isə Kirkaya ilə evlənir. İlahələrin mübahisəsi ilə başlayan böyük tarixçə beləcə başa çatır.( Bir versiyaya görə Odissey ailəsini götürüb gedir, digər versiyaya görə öldürdüyü adamların qohumlarının hücumu nəticəsində ölür)
Maraqlıdır ki, bütün bu 8 hissəli əsər Proklun xülasələri, Vergilinin "Eneida"sı, Ovidinin "Metamorfozalar" əsəri və antik vaza rəsmlər əsasında yenidən toplanıb. Daha bir maraqlı fakt budur ki, bu 8 hissənin ancaq ikisi Homerə aiddir. Bu əsərlərin 6-sı başqa yunan şair və tarixçiləri olan Stasin,Miletli Arktin, Trezenli Agiy, Kirenli Evqammon və Mitilenli Lesxə aiddir. Özü də Homer başda olmaqla digərləri bunu bədii əsər kimi yazmayıblar, şifahi xalq ədəbiyyatı və qədim Yunan mifologiyası barədə əfsanələrdən əldə edib əsər formasına salıblar.
Son olaraq qeyd edim ki, Azərbaycan folkloru və mifologiyasında, dastanlarında Homer və digər adlarını çəkdiyim müəlliflərin əsərlərində tarixi oxşarlıq da var. Bu barədə sonra...
Prof.Dr. Zaur Əliyev
visiontv.az