Ermənistan parlamentinin hakim "Vətəndaş Müqaviləsi" fraksiyasının üzvü Sarkis Xandanyan Ermənistan və İran arasında TRIPP proqramı üzrə qarşılıqlı anlaşmanın olduğunu bildirib.
Xandanyan deyib: "TRIPP proqramı ilə bağlı Ermənistan və İran arasında qarşılıqlı anlaşma var və İran ilə ABŞ arasındakı gərgin münasibətlərin bu proqramın icrasına təsir edəcəyini düşünmürəm".
İran və ABŞ münasibətlərinə toxunan deputat əlavə edib: "Əlbəttə, bizim marağımız ən qısa zamanda sülhün bərqərar olmasındadır. Bir neçə ay əvvəl İran və Birləşmiş Ştatlar arasında aparılan danışıqlar və əldə olunan razılaşmalar böyük ümidlər yaradıb. Belə görünür ki, bir sülh planı formalaşıb, ümid edək ki, bu plan həyata keçiriləcək".
TRIPP proqramı çərçivəsində dəmir yolunun tikintisi məsələsi və ABŞ-İran gərginliyindən danışan Xandanyan vurğulayıb: "Dəmir yolu məsələsi gündəlikdədir. Hazırda layihənin həyata keçiriləcəyi ərazi öyrənilir, texniki-iqtisadi əsaslandırma aparılır. Tədqiqatlar və texniki baxış başa çatdıqdan sonra tikinti işlərinə başlanılacaq. Mən burada heç bir siyasi maneə görmürəm".
visiontv.az