Sakinlərin verdiyi məlumata görə, bir neçə saat öncə Təbriz səmasında qeyri-adi işıqlanma hadisəsi müşahidə olunub.
Şahidlər bu hadisənin daha əvvəl də eyni ərazidə (Qaradağ istiqamətində) göründüyünü bildirirlər.
Qeyd olunur ki, səmada ard-arda şimşəyə bənzər parıltılar yaranıb. Lakin adi şimşəklərdən fərqli olaraq, bu işıqlanmalar tamamilə səssiz olub və saatlarla davam edib.
İşıqlanmanın dəqiq səbəbi hələlik bəlli deyil və mövcud məlumatlarla onun mənşəyini müəyyən etmək mümkün deyil.
visiontv.az