İranda siyasi məhbus Trampa qarşı video çəkməyə məcbur edilib
14.08.2026

İran təhlükəsizlik qüvvələrinin siyasi məhbus Seyidəhməd Seyidabdullahiyə ABŞ prezidenti Donald Trampa qarşı ingilis dilində video çəkib yayımlaması üçün təzyiq göstərdiyi bildirilib.

Məlumata görə, Seyidabdullahidən kamera qarşısında əvvəlcədən hazırlanmış mətni oxuması tələb edilib. O, bundan imtina etdikdən sonra təzyiq və təhdidlərin davam etdiyi açıqlanıb.

Siyasi məhbus daha öncə Trampı İrana qarşı təhdidlərini həyata keçirməyə çağırdığı videonu yayımladıqdan sonra saxlanılmışdı.

O, həmin videonu paylaşmadığına görə yeddi ay müddətinə azadlıqdan məhrum edilib.

visiontv.az