Pezeşkian ziyanla işləyən şirkətlərin rəhbərlərinə böyük mükafatların verilməsini pisləd
15.10.2026

İran prezidenti Məsud Pezeşkian dövlət və yarıdövlət şirkətlərinin idarə edilməsi üsulunu, rəhbərlərin təyin edilməsində kənar müdaxilələri və xüsusilə də ziyanla işləyən şirkətlərin rəhbərlərinə yüz milyardlarla tümənlük böyük mükafat və əlavə ödənişlərin verilməsini sərt şəkildə tənqid edib.

O bildirib ki, minlərlə milyard sərmayəsi olan bir şirkətin zərərlə işləməsi və bunun qarşılığında həmin rəhbərlərə yüz milyonlarla tümən əlavə ödəniş verilməsi olduqca absurddur və səriştəsizlikdir.

Pezeşkian habelə ölkədə ləyaqət və səriştəyə əsaslanan sistemin qurulmasının zəruriliyini vurğulayıb.

visiontv.az