İran prezidenti Məsud Pezeşkian Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında yaradıldığı bildirilən “Məkkə Sazişi”nə münasibət bildirib. O, təşəbbüsü irəliyə doğru addım kimi qiymətləndirərək İranın bu prosesdə iştirak etməyə hazır olduğunu deyib.
Pezeşkian qeyd edib ki, alyansla bağlı qərarların təfərrüatları Tehrana məlum deyil. Bununla belə, onun sözlərinə görə, müsəlman ölkələrinin bir araya gəlməsi və əməkdaşlığı gücləndirməsi müsbət addım ola bilər.
İran prezidenti vurğulayıb ki, müsəlmanların iki qrupa bölünərək bir-biri ilə qarşıdurmaya girməsi əvəzinə, birləşməsi və İslam həmrəyliyinə nail olması vacibdir.
visiontv.az
Sibiqa Putinin müharibə ilə bağlı Tramp və Si Cinpinlə görüş təklifinə münasibət bildirib