Yunanıstanın Lesbos və Samos adaları yaxınlığında qeyri-qanuni miqrantları daşıyan iki qayığın batması nəticəsində azı biri körpə olmaqla 12 nəfər ölüb.
Bu barədə Yunanıstanın ERT telekanalı məlumat yayıb.
Məlumata görə, Samos adası yaxınlığında qayıqlardan birini çevrilməsi nəticəsində 6 nəfər ölüb, 14 nəfər xilas edilib. Digər hadisə Lesbos adası sahillərində baş verib. Naviqasiya işıqları olmadan hərəkət edən və miqrantları daşıyan qayıq təqib zamanı patrul qayığı ilə toqquşaraq çevrilib. Nəticədə biri körpə olmaqla 6 nəfər batıb, 8 nəfər xilas edilib.
visiontv.az
Sibiqa Putinin müharibə ilə bağlı Tramp və Si Cinpinlə görüş təklifinə münasibət bildirib