İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
19.10.2026

Gilan əyalətinin mərkəzi Rəşt şəhərinin Lakan həbsxanasında Səudiyyə Ərəbistanına casusluqda ittiham olunan məhbus edam edilib.

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, Rəşt İnqilab Məhkəməsi 28 yaşlı İraq vətəndaşı Əyyub Məhəmməd Nəbili Səudiyyə Ərəbistanı kəşfiyyatına işləməkdə günahlandırıb.

Bildirilib ki, İranda qanuni oturumla yaşayan və Gilanda şəxsi villada əözətçi işləyən Nəbil, ötən ilin avqust ayının 26-da həbs edilmişdi.

İnsan haqları təşkilatlarının sözlərinə görə, 5 ay Kəşfiyyat Nazirliyinin təcridxanasında işkəncə edilən və dindirilən Əyyub Məhəmməd Nəbil Səudiyyə Ərəbistanı və ona bağlı qurumlarla hər hansı bağlılığını rədd edib.

visiontv.az