“Gürcüstan və Azərbaycan arasında münasibətlərin böyük tarixi var və onlar qarşlılıqlı hörmətə əsaslanır”.
Bunu Gürcüstan Patriarxlığının Xarici əlaqələr üzrə şöbəsinin sədr müavini Arçil Xaçidze Tbilisidə keçirilən “Gürcüstan-Azərbaycan: Strateji tərəfdaşlıq və ortaq gələcək” mövzusunda dəyirmi masada çıxışında deyib.
O, Gürcüstanda yaşayan azərbaycanlıların çox dəyərli olduğunu bildirib.
“Biz onları heç zaman unutmuruq, hər zaman diqqət mərkəzimizdədirlər. Azərbaycan ərazisində yaşayan qardaş-bacılarımız da var. Onlara da həmişə qayğı ilə yanaşırıq”, - deyə din xadimi əlavə edib.
Arçil Xaçidze qeyd edib ki, gürcü və Azərbaycan xalqları arasında sülh və əmin-amanlıq qorunub saxlanılmalı, dini və mədəni irsə qarşılıqlı hörmət bəslənilməlidir.
“Məsuliyyətli vəzifəmiz ondan ibarətdir ki, arzuolunmaz qüvvələrin qarşılıqlı münasibətlərə hər hansı bir xələl gətirmək cəhdləri baş tutmasın. Dini sahədə bütün məsələlər bir-birimizin bugünkü və sabahkı maraqları nəzərə alınmaqla həllini tapacaq”, - deyə o vurğulayıb.
visiontv.az