Bakı-Sumqayıt yolunda avtobusların şüşələrini sındıran yeniyetmələr müəyyən ediliblər
16.10.2026

Bakı-Sumqayıt yolunun Abşeron rayonu ərazisindən keçən hissəsində hərəkətdə olan avtobuslara daş atan iki yeniyetmə müəyyən edilib.

 Yeniyetmələr valideynləri ilə birlikdə polis orqanına gətiriliblər və onlardan izahat alınıb.

Onlara bu cür hərəkətlərin insanların həyat və sağlamlığı üçün ciddi təhlükə yaratdığı izah edilib. Valideynlərə isə övladlarının davranışlarına nəzarəti gücləndirmələri barədə xəbərdarlıq olunub.

Faktla bağlı hazırda təhqiqat araşdırması davam etdirilir.

visiontv.az