İran prezidenti Məsud Pezeşkian “X” hesabında yazıb ki, ölkədə inflyasiyanın artmasının əsas səbəblərindən biri hökumətin büdcə kəsiri və bankların təminatsız pul yaratmasıdır.
Onun sözlərinə görə, bu siyasət xalqın maddi yükünü artırır və qiymət artımlarına səbəb olur.
Pezeşkian vurğulayıb ki, hökumət büdcəni xalqın cibindən doldurmaq, yaxud inflyasiya hesabına maliyyələşmək istəmir.
visiontv.az