Hətta ona fiziki, mənəvi işgəncə verən dövrünün kafirləri haqqında: "İlahi, onlar cahildirlər, nə etdiklərini bilmirlər. Onları hidayət et, bağışla..." deyən Peyğəmbərin ümmətinin parçası olduğunu iddia edənlər adi sosial şəbəkə mübahisəsində belə bir-birini lənətləyir, söyür, böhtan atır, ağır ifadələrlə təhqir edir...
Peyğəmbər buyurur ki, lənət bir xaltadır, haqsız yerə etdiyiniz lənətlər qayıdıb öz boğazınıza keçir. Qiyamət günü də həmin lənət xatlaları ilə səhnəyə gətiriləcəksiniz.
Rəhmət, ülfət Peyğəmbərinin mərhəmət yolunu təfriqə, nifrət, ədavət yoluna çevirənlər daha təhlükəlidir cəmiyyət üçün. Bu gün dindar, ilahiyyatçı, "aşiq" qılıfında gizlənmiş dini dəyərləri təhqir edən yüzlərlə xarici alət var. Ölkədə açıq və gizli fəaliyyətdə olan bu cür İran xadimləri media və sosial şəbəkələrdə aktiv olanlar üçün gizli deyil. Əhali arasında məzhəb pərdəsi altında qütbləşmə yaradır, ikitirəlik salır, inanclar arasında ədavət yayır və ən əsası isə xarici məkrli dairələrin hibrid savaşının sadiq əsgərinə çevrilirlər. Cəmiyyət belələrinin yaydığı pandemiyadan qorunmalıdır. Bunun üçün də virusun mənbəyi qurudulmalıdır.
Dinşünas Tural İrfan
visiontv.az