Paşinyanın Qurban Bayramı ilə bağlı təbriki ilk növbədə gələn il iyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkisi ilə əlaqədardır.
Orada aparılan sorğular yeni savaş başlayacağı təqdirdə nə ilə üzləşəcəklərini yaxşı bilən hayların türk düşmənçiliyinə son qoymaq niyyətindən çox uzaq olsalar da, müvəqqəti sülh istədiklərini göstərir.
Ona görə də Ermənistan baş naziri hazırda sülh göyərçinliyi etməklə beynəlxaq auditoriyaya oynamaqdan da çox, ölkəsindəkilərə aşılamağa çalışır ki, Azərbaycanla ancaq o, dil tapa bilər. Görün, işin harasıdır ki, hətta quzğun Köçəryan da "daha sülhpərvər Ermənistan" quracaqlarından dəm vurur.
Köçəryanla hər şey aydındır, Paşinyana gəldikdə, əgər Azərbaycandan arzuladığı davranışı görmək istəyirsə, sülh tərəfdarı təəssüratı yaratmaq əvəzinə bu yöndə real addımlar atmalı, dövlətimizin irəli sürdüyü iki tələbi yerinə yetirməlidir.
Millət vəkili Sahib Alıyev
visiontv.az