Papuaşvili: Azərbaycanla Ermənistan arasında davam edən dialoq Gürcüstan üçün vacibdir
08.06.2026

"Bölgəmizdə sülh və sabitlik bizim üçün mühüm əhəmiyyət daşıyır. Gürcüstan bunu təkbaşına təmin edə bilməz. Regionun hər bir ölkəsinin buna sadiq qalması vacibdir".

Bunu Gürcüstan parlamentinin sədri  Şalva Papuaşvili brifinqdə deyib.

O, Ermənistan Baş naziri  Nikol Paşinyan və onun partiyasına uğurlar arzuladığını bildirib.

"Regionda mövcud dinamika, Azərbaycanla  Ermənistan arasında sülh sazişinə aparan yol, sərhədlərin açılması, iki qonşu ölkəmiz arasında davam edən dialoq bizim üçün vacibdir", - Papuaşvili əlavə edib.

Spikerin sözlərinə görə, Nikol Paşinyanın vədləri  Ermənistanda sülh və əmin-amanlığı təmin etməkdən ibarət olub:

"Bu da yekun nəticədə bütün bölgə üçün sülh və sabitlik deməkdir. Bu, öz növbəsində regiondakı hər bir ölkənin və millətin rifahına fayda verəcək".

visiontv.az