Meyvə alanda satıcıdan xahiş etdim ki, seçməsin.
O da təəccüblə baxıb deyir ki, hamı xahiş edir ki, seç, Siz isə...
Deyirəm, onlar elə bilir ki, əliniz Sizi dinləyəcək, amma mən bilirəm ki, o sadəcə alışdığını edəcək.
Alışdığı isə seçmək adı ilə pisi seçməkdir.
Mənim bir məqaləm var - "Əlin mənəviyyatı".
Epiqraf da Tacir Əskərin sözləridir: "Əlinin bərəkəti mənə bəsdir". Psixologiada əlin, ayağın subyektləşməsi hələ yeni-yeni öyrənilir.
Dilimizdə isə - artıq sözlər birləşib: "Əliaçıq", "əliəyri" və s. Yaxud: "Əli bərkdir" - simicdir, "Ayağı ağırdır", "ayağı sürüşkəndir" və s.
Filosof Səlahəddin Xəlil
Visiontv.az