İran Xəzəryanı ölkələri Xəzər dənizində təhlükəsizlik məsələləri ilə bağlı daha çox məsləhətləşmələr aparmağa çağırıb.
Bununla bağlı, İranın Türkmənistandakı səfiri Müctəba Ruzbehani bildirib ki, sahilyanı ölkələr birbaşa baza xətlərinin müəyyən edilməsi metodu ilə bağlı qarşılıqlı anlaşmaya gəlmək üçün hələ uzun yol qət etməlidirlər.
O, xüsusilə Xəzər dənizində hərbi etimad tədbirləri haqqında saziş üzrə məsləhətləşmələrin intensivləşdirilməsinin vacibliyini vurğulayıb.
Ruzbehani ABŞ və İsraillə son hərbi qarşıdurma zamanı Xəzər dənizində İranın liman və sahil şəhərlərinə hücum edildiyini, eləcə də Rusiya sahillərində Ukrayna tərəfindən İranın ticarət gəmisinin vurulduğunu xatırladıb.
Diplomat bu cür hadisələrə münasibətdə region ölkələrini mövqelərini gücləndirməyə və həmin addımları aydın və yekdilliklə pisləməyə çağırıb.
visiontv.az