Nümayəndələr Palatası Trampı qıcıqlandıran layihəni qəbul etdi
04.06.2026

Amerika Birləşmiş Ştatları Konqresinin Nümayəndələr Palatası tərəfindən Prezident Donald Trampın İrana qarşı hərbi əməliyyatları idarə etmək üzrə hərbi səlahiyyətlərinə məhdudiyyət qoyan qətnamə təsdiqlənib.

Visiontv.az  xəbər verir ki, bu barədə  "Reuters" agentliyi məlumat yayıb.

Agentliyin materialında bildirilir:

"Palata üzvlərindən 215 nəfəri qətnamənin lehinə, 208 nəfəri isə əleyhinə səs verib. Eyni zamanda, dörd respublikaçı da demokratlarla həmrəy olaraq səsvermədə iştirak edib".

Sənəd  Donald  Trampdan  Konqres rəsmən müharibə elan etmədiyi və ya hərbi qüvvələrin tətbiqinə dair xüsusi icazə vermədiyi təqdirdə  Amerika qoşunlarının İrandan çıxarılmasını tələb edir.

Qeyd edək ki, bu, analoji sənədin qəbul edilməsi istiqamətində atılan dördüncü cəhddir.

visiontv.az