Milli fəallar Ərdəbil prokurorluğuna çağırılıb
04.06.2026

Milli fəallar Tohid Əmirəmini, Yusif Kari və Hadi Təvəkküli Ərdəbil Prokurorluğuna çağırılıblar.

Bu barədə onların özləri məlumat yayıb.

Məlumata görə, elektron poçt vasitəsilə göndərilən çağırış məktubunda onlardan barələrində irəli sürülən ittihamlarla bağlı müdafiə çıxışı etmək üçün Ərdəbil şəhərinin İctimai və İnqilab Prokurorluğunun 10-cu İstintaq Şöbəsinə getmələri istənilib.

Əvvəllər müvafiq olaraq 5 və 2 il həbs cəzasına məhkum edilmiş, Evin və Ərdəbil həbsxanalarında cəzalarını çəkən Tohid Əmirəmini və Yusif Kari prokurorluğa getməyəcəklərini bildiriblər.

Onlar, İranda ədalətli və müstəqil məhkəmə sisteminin olmamadığını deyib, barələrindəki ittihamların ədalətsiz, qanunsuz və Kəşfiyyat İdarəsinin birbaşa əmri ilə irəli sürüldüyünü vurğulayıblar. 

Tohid Əmirəmini, dörd il həbs cəzası çəkdikdən sonra 8 fevral 2023-cü il Evin həbsxanasından azadlığa buraxılıb. Bundan sonra təhlükəsizlik məmurları tərəfindən dəfələrlə təhdid edilib və təhlükəsizlik orqanlarının təzyiqi altında iş yerindən qovulub.

Yusif Kari isə hazırda başqa bir neçə milli fəalla birlikdə Tehranın Evin həbsxanasında saxlanılır.

Bundan əvvəl bir neçə il azadlıqdan məhrum edilən Kari, son dəfə 2025-ci il noyabrın 11-də Tehranda Evin həbsxanasının qarşısında aclıq aksiyası keçirən azərbaycanlı məhbs fəallara dəstək üçün oturaq aksiya keçirdiyi vaxt həbs edilib.

visiontv.az