İranda elektrik enerjisi çatışmazlığının azalması elektrik istehsalının artması ilə yox, sənaye istehsalındakı geriləmə ilə əlaqədardır.
Bu barədə Etemad qəzeti ekspertlərə istinadən məlumat yayıb.
Məlumata görə, sənaye müəssisələrində istehsalın azalması, bəzi fabriklərin fəaliyyətini dayandırması və istehsal sahələrinə tətbiq olunan enerji məhdudiyyətləri nəticəsində elektrik istehlakı aşağı düşüb. Bu isə təklif və tələbat arasındakı fərqin müvəqqəti olaraq azalmasına səbəb olub.
Ekspertlər bu tendensiyanın İranın elektrik enerjisi sahəsindəki balanssızlıq və çatışmazlıq probleminin həll olunduğu anlamına gəlmədiyini bildiriblər.
Onların fikrincə, görünən yaxşılaşma əsasən iqtisadi aktivliyin və sənaye istehsalının zəifləməsinin nəticəsidir, enerji istehsalı infrastrukturunda ciddi irəliləyişin göstəricisi deyil.
visiontv.az