İrakli Kobaxidze: Uzunmüddətli sabitlik və sülh olmadan tərəqqi və rifahdan danışmaq mümkün deyil
04.06.2026

Tərəqqiyə nail olmaq üçün sülh, təhlükəsizlik, keyfiyyətli təhsil, innovasiya və indiki və gələcək nəsillər üçün əsl rifah yaradan insan yönümlü siyasətlər lazımdır.

Bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze Tbilisidə keçirilən 16-cı Dayanıqlı İnkişaf üzrə Regional Forumun açılışındakı çıxışında bildirib.

“Beynəlxalq gərginliyin artması, supergüclərin kiçik ölkələri tərəf seçməyə təşviq etməsi fonunda diplomatiyadan tam istifadə etməyimiz çox vacibdir. Forumun gündəliyinə ən mürəkkəb və təcili geosiyasi məsələlərin daxil edilməsi məntiqli və təbiidir. Bu cür mövzuların müzakirəsi milli təhlükəsizliyimizin və iqtisadi dayanıqlığımızın təmin edilməsi yollarını tapmaq üçün vacibdir.

Əlbəttə ki, sülh platforması hələ də xüsusi yer tutur. Uzunmüddətli sabitlik və sülh olmadan tərəqqi və ya rifahdan danışmaq mümkün deyil”, - deyə Kobaxidze bildirib.

visiontv.az