Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub
Videonu Aç
06.08.2021

Avqustun 6-sı saat 12:45-dən etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərdən Naxçıvan Muxtar Respublikası Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Visiontv.az-a MN-dən məlumat verilib.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Cavab atəşi ilə qarşı tərəf  susdurulub.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.