İranın görünməyən rəhbərin heç bir əzasi kəsilməyib! fəqət İki tikişi var, amma sıfır görüntü!
Halının yaxşı olduğu deyilir, amma aylardır davam edən söz-söhbətlərdən sonra ortaya çıxan rəsmi izah budur: cəmi iki-üç tikiş! Nə “şəhid” olub, nə də “qazi”! Amma ortada nə səsi var, nə də yeni görüntüsü. Şəhərlərin küçələrinə isə süni intellektlə hazırlandığı deyilən şəkilləri asılıb.
Gunaz TV-nin məlumatına görə, Müctəba Xameneinin İran rəhbərliyinə gətirilməsindən bu yana onun yeni görüntüsü və ya səs yazısı yayımlanmadığı halda, İran Səhiyyə Nazirliyinin bir rəsmisi onun ABŞ və İsrail hücumları zamanı “əza itkisi” yaşamadığını iddia edib.
İran Səhiyyə Nazirliyinin rəsmisi Hüseyn Kərmanpur bazar ertəsi, 28 ordibeheşt tarixində Müctəba Xameneinin vəziyyəti barədə danışarkən deyib: “Bu xəsarətlər o həddə deyildi ki, o, şəhid imam (Əli Xamenei) kimi qazi sayılsın və ya hansısa əzası amputasiya olunsun.”
O əlavə edib ki, xəsarətlər ciddi olmayıb və yalnız ayaq nahiyəsində “iki-üç tikiş” atılması kifayət edib.
Kərmanpur həmçinin Müctəba Xameneinin üz nahiyəsindəki xəsarətlərlə bağlı iddia edib ki, “üzünün görünüşünü pozacaq səviyyədə olmayıb.”
Bu açıqlamalar İranın yeni rəhbərinin fiziki durumu ilə bağlı ziddiyyətli məlumatların yayıldığı bir vaxtda verilib. Reuters bundan əvvəl hakimiyyətə yaxın mənbələrə istinadən Müctəba Xameneinin üz və ayaqlarından ciddi xəsarət aldığını yazmışdı.
ABŞ müdafiə naziri Pit Heqset də onun üzündə və ya bədənində görünən fiziki dəyişikliklərin ola biləcəyini bildirmişdi.
Buna baxmayaraq, əsas sual hələ də cavabsız qalır: hakimiyyət “tam sağlam” olduğunu deyən şəxsin niyə aylardır bir neçə saniyəlik də olsa kamera qarşısına çıxmadığını izah etmir.
visiontv.az