SEPAH müharibənin yenidən başlaması halında qarşıdurmanın bölgədən kənara yayıla biləcəyi barədə xəbərdarlıq edib.
“Əgər İrana həmlə təkrarlansa, vəd edilən regional müharibə bu dəfə regiondan kənara da yayılacaq”, — deyə SEPAH-ın bəyanatında bildirilir.
SEPAH ABŞ və İsrailə qarşı bütün imkanlardan istifadə edilmədiyini və gözlənilməz yerlərə “sarsıdıcı zərbələr” endiriləcəyini iddia edib.
visiontv.az